Bank Of Baku

“Azəriqaz”: Kəskin hava şəraiti ilə əlaqədar qaz sərfiyyatı 1 mln. kubmetr artıb

“Azəriqaz”: Kəskin hava şəraiti ilə əlaqədar qaz sərfiyyatı 1 mln. kubmetr artıb
# 30 mart 2018 08:59 (UTC +04:00)

“Azəriqaz” İB ölkədə müşahidə olunan hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

 

“Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevin “APA-Economics”ə verdiyi məlumata görə, havanın dəyişməsi ilə əlaqədar təbii qaza olan tələbat artıb.

 

“Havanın bu gündən etibarən kəskin soyuması ilə bağlı əhaliyə verilən təbii qazın sərfiyyatı da artıb. Ötən günlə müqayisədə bu gün təbii qazın verilişində 1 milyon kubmetrə qədər artım var,” – deyə İ. Kərbalayev qeyd edib.

 

İ. Kərbalayev bildirib ki, hava küləkli keçərsə, tələb artdıqca, qazın verilişində də artım olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR