Bank Of Baku

“Azəriqaz” abonentlərinin sayını açıqlayıb

“Azəriqaz” abonentlərinin sayını açıqlayıb
# 12 fevral 2018 10:22 (UTC +04:00)

Bu ilin yanvar ayı ərzində SOCAR-ın “Azəriqaz”  İstehsalat Birliyində əhali sektoru üzrə 9 493 yeni abonent qeydiyyata alınıb.

 

“Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, bunun 7 324-ü Bakı, Abşeron və Sumqayıt, 2 169-u isə regionlar üzrədir. Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 106 635-ə çatıb.

 

Qeyd edək ki, 01 fevral 2018-ci il tarixə olan məlumata görə qeyri-əhali sektoru üzrə 478 məscid və dini məbədə təbii qazdan  istifadə üçün limit ayrılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR