Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. 2015-ci il ərzində “Azərişıq” ASC tərəfindən 3 ədəd 110 kV- luq və 22 ədəd 35 kV-luq yarımstansiya, 2 ədəd PQ və 17 ədəd TM tikilmiş, 38 ədəd TM təmir olunub, 1256 ədəd KTM quraşdırılıb.
“APA-Economics”in məlumatına görə, bunu “Azərbaycan” qəzetində dərc olunan məqaləsində “Azərişıq” ASC-nin sədri Baba Rzayev bildirib.
Onun sözlərinə görə, hesabat dövründə 20,8 km 110 kV-luq kabel və 64,6 km hava xətləri, 430,7 km 35 kV- luq kabel və 541,6 km hava xətləri, 675,0 km 6-10 kV-luq kabel və 2164,7 km hava xətləri, 515,9 km 0,4 kV-luq kabel və 1799,7 km hava xətləri, 2314,4 km ÖİN xətləri çəkilib, 98 223 ədəd dayaq basdırılıb.
Qurum sədri bildirib ki, həmçinin, ötən dövr ərzində 400,5 km 110 kV-luq, 2320,3 km 35 kV-luq, 21653 km 10-6 kV-luq, 1844,6 km 0,4 kV-luq hava xətlərində əsaslı, 78 ədəd 110 kV-luq, 336 ədəd 35 kV-luq və 7746 ədəd 10-6 kV-luq yarımstansiyalarda təmir işləri aparılıb: “Bu müddət ərzində əhali və qeyri əhali istehlakçılara 184 217 ədəd sayğac quraşdırılıb və ya dəyişdirilib ki, onlardan 14 158 ədəd SMS tipli müasir sayğaclardır”.
B. Rzayev deyib ki, ötən il elektrik enerjisinə görə Bakı şəhəri üzrə 98,3%, regional elektrik şəbəkələri üzrə isə 86,6% yığıma nail olunub.