Bank Of Baku

“Azərişıq” gücləndirilmiş iş rejiminə keçir

“Azərişıq” gücləndirilmiş iş rejiminə keçir
# 08 may 2015 09:44 (UTC +04:00)

Bakı - APA-Economics. “Azərişıq” ASC-nin əməkdaşları adi günlərdə olduğu  kimi, bayram günlərində də gücləndirilmiş iş rejimində çalışacaqlar.

 

Azərişıq” ASC-nin Mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bayram günlərində enerji istehlakçılarının, tədbirlərin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir.

 

Elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə  “Azərişıq” ASC-nin Mərkəzi aparatı və Regional Enerji Təchizatı və Satışı İdarələri üzrə təşkil olunmuş növbətçilik üzərində nəzarət gücləndiriləcək. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günləri tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan işlərin müvəqqəti olaraq dayandırılması təmin ediləcək. Ölkə üzrə  ASC-nin tabeliyində olan xidmət sahələrində və Avtonəqliyyat xidmətlərində 9-11 may günlərində növbətçilik təşkil edilib, zəruri olan mal-materialların, transformatorların ehtiyatı yaradılıb.

 

Abonentlərimizin istər şəhərlərdən, istərsə  də  rayonlar, qəsəbə  və  kəndlərdən  yarana biləcək hər hansı problem  ilə  əlaqədar 199  saylı  telefonla  ”Qəza  Xidməti”nə  məlumat  vermələri  xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR