2016-cı ilin sonuna "Azərişıq" ASC-nin aktivləri 2 mlrd. 27,923 mln. manata çatıb. "APA-Economics" dövlət şirkətinin açıqladığı maliyyə hesabatına istinadən xəbər verir ki, ASC-nin aktivləri 2015-ci illə müqayisədə 14,57% və ya 346,097 mln. manat azalıb.
Aktivlərin 618 mln. 616,067 min manatı qısamüddətli, 1 mlrd. 409 mln. 306,653 min manatı isə uzunmüddətlidir. Aktivlərin strukturuna nəzər saldıqda məlum olur ki, burada torpaq, tikili və avadanlıqların payı 1 mlrd. 389 mln. 164,538 min manatdır. Şirkətin 524 mln. 252,213 min manatlıq qısamüddətli debitor borcu var. Hesabat dövrünün sonuna "Azərişıq" şübhəli borcların silinməsi üçün 26 mln. 212,611 min manat məbləğində ehtiyat yaradıb.
Şirkətin öhdəlikləri ötən il ərzində 33,9% və ya 658 mln. 578,017 min manat azalaraq 658 mln. 578,017 min manata çatıb.
Hesabat dövründə ASC-nin nizamnamə kapitalı 32,87% və ya 337 mln. 723,586 min manat azalaraq 885 mln. 633,532 min manata enib.
Dövlət şirkəti ötən ili 25 mln. 636 min 439,15 manat məbləğində zərərlə başa vurub. 2015-ci ilin sonuna zərərin məbləği 31 mln. 288 min 554,94 manat olub.