“Azərişıq” ASC tərəfindən 22.11.2017-ci il tarixində elektrik paylayıcı şəbəkəsinin yenidən qurulması məqsədilə 108409 ədəd elektrik sayğacın quraşdırılması üzrə işlərin satın alınması məqsədilə keçirilmiş açıq tender üzrə təqdim olunmuş iddiaçıların təklifləri Tender komissiyası tərəfindən qiymətləndirilib.
“APA-Economics” xəbər verir ki, Tender komissiyasının qərarına əsasən müvafiq lot üzrə “Retro Holding” MMC şirkəti qalib elan olunub. Qalib şirkətlə satınalma müqaviləsi bağlanıb.