Bank Of Baku

“Azneft”: Qarşıya qoyulmuş hasilat planı artıqlaması ilə yerinə yetirilib

“Azneft”: Qarşıya qoyulmuş hasilat planı artıqlaması ilə yerinə yetirilib
# 11 dekabr 2015 07:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. SOCAR-ın “Azneft” İstehsalat Birliyi bu ilin yanvar-noyabr ayları ərzində ölkədə neft və qaz hasilatının düşmə tempinin qarşısını alıb və hətta dinamik artımına nail olub.

 

Birlikdən “APA-Economics”ə verilən məlumata görə, bununla yanaşı, “Azneft”in həyata keçirdiyi texniki-geoloji tədbirlər nəticəsində istismar olunan quyulardan plandan əlavə neft-qaz çıxarılıb. Ümumilikdə, bu ilin 11 ayında neft sənayesinin inkişafı üçün nəzərdə tutulan proqnoz tapşırıqlara tam əməl olunub.

 

11 ayı ərzində “Azneft” üzrə 6 mln. 231 min ton plan-tapşırığına qarşı, 6 mln. 308 min ton neft hasil edilərək plana 101,2% əməl olunub. Bu ilin 11 ayı ərzində qaz hasilatı sahəsindəki göstəricilərdə də artım tempi müşahidə olunub.

 

Bu ilin müvafiq dövrü ərzində 5,2 mlrd. kubmetr qaz hasilatı nəzərdə tutulduğu halda, bu rəqəm 5,6 mlrd. kubmetrə bərabər olub. Plan 108,2% yerinə yetirilib.

 

Ötən 11 ayda fəaliyyətsiz quyu fondundan 92 quyu istismara qaytarılıb. Bu quyulardan 23,8 min ton neft hasil edilməsi planlaşdırıldığı halda, faktiki olaraq 53,1 min ton neft alınıb ki, bu da plandan 29,3 min ton çoxdur.

 

Neftin və qazın çıxarılma tempini saxlamaq və artırmaq üçün geoloji və texniki tədbirlərin aparılması böyük əhəmiyyət kəsb edir. Bu mənada ilin əvvəlindən 672 geoloji tədbir keçirilib, nəticədə 277,8 min ton neft hasil edilib ki, bu da plana qarşı 73 tədbir çox və 53,9 min ton artıq neft deməkdir. Həyata keçirilən texniki tədbirlər nəticəsində isə, 28 min ton plana qarşı 51,2 min ton neft hasil edilib.

 

Yataqların tam miqyaslı  istismara daxil edilməsi, yeni quyuların qazılması işi bu il də davam etdirilib. Çoxsaylı qazma işləri həyata keçirilib, yeni-yeni neft və qaz quyuları istismara verilib. Qazma işlərinin həcminin genişləndirilməsi nəticəsində, ilin 11 ayı ərzində “Azneft”in sifarişi əsasında 66 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 162,2 min ton plana qarşı 190,8 min ton neft hasil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR