Bank Of Baku

“Azpetrol” benzinin qiymətini eyni anda endirib və qaldırıb

“Azpetrol” benzinin qiymətini eyni anda endirib və qaldırıb
# 13 yanvar 2015 15:16 (UTC +04:00)

Şirkətin Mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, son dövrdə dünya bazarlarında neftin və neft məhsullarının qiymətlərinin aşağı düşməsi ilə əlaqədar “Azpetrol” tərəfindən “Premium” markalı yanacağın pərakəndə satış qiymətinə yenidən baxılıb və yanvarın 13-dən etibarən həmin yanacağın 1 litrinin pərakəndə satış qiyməti 95 qəpikdən 93 qəpiyə endirilib.

 

30 dekabr 2014-cü il tarixli 1167-İVQD saylı Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yol vergisinin yanacağın 1 litrinin qiymətinə 2 qəpik əlavə edilərək “Premium” markalı yanacağın 1 litrinin pərakəndə satış qiyməti 13 yanvar 2015 ci il tarixindən 95 qəpik olaraq müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR