Bank Of Baku

“Bahar Energy Limited” şirkətinin səhmlərinin bir hissəsi Fransanın “BNP Paribas” bankına satılıb

“Bahar Energy Limited” şirkətinin səhmlərinin bir hissəsi Fransanın “BNP Paribas” bankına satılıb
# 26 dekabr 2014 14:44 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Fransanın “BNP Paribas” bankının törəmə şirkəti olan “BNP Paribas Trust Corporation UK Limited” Azərbaycanın “Bahar Energy Limited” (BEL) şirkətinin səhmdarı olub.

 

APA-Economics”in məlumatına görə, bu barədə “Bahar Energy Limited”in səhmdarı olan ABŞ-ın “Greenfields Petroleum International Company Ltd.” şirkətinin məlumatında deyilir.

 

Qeyd edək ki, “Bahar Energy limited” Xəzər dənizin Azərbaycan sektorunda yerləşən Bahar və Qum-Dəniz dəniz yataqları blokunun işlənməsi və hasilatı ilə məşğul olur.

 

Məlumata əsasən, “Greenfields Petroleum Corporation” BNP tərəfindən məlumatlandırılıb ki, sonuncu 21 mln. dollar kredit əldə edərək “Baglan Group FZCO” (BƏƏ) tərəfindən əsası qoyulan əmlaka sahib olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR