Bank Of Baku

“Baku Steel Company”də bəzi sahələr müvəqqəti işini dayandırıb

“Baku Steel Company”də bəzi sahələr müvəqqəti işini dayandırıb
# 12 fevral 2015 13:50 (UTC +04:00)

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, istehsalın dayanmasına bir neçə amil təsir edib: “İstehsalın dayanmasına metal çatışmazlığı önəmli olmasa da, bu amil də səbəb olub. İstehsalın dayandırılması müəyyən mənada zavodda yenidənqurma işləri ilə də əlaqələndirilməlidir. Hazırda yenidənqurma ilə bağlı dünyanın üç məşhur şirkəti ilə danışıqlar aparılır. İtaliyanın "Danieli" şirkətinin nümayəndələri burda olub. Yenidənqurma ilə əlaqədar daha iki şirkətin də nümayəndələri zavoda gələcək. Təbii ki, neftin ucuzlaşmasının istehsalın dayanmasına bilavasitə təsirindən danışmaq olmaz. Amma biz xarici bazara, məsələn Türkmənistan, İran, Gürcüstana metal məmulatları veririk. Təbii ki, neftin ucuzlaşması xarici ticarətə təsir edən amil olduğundan bu reallıq da var. Bütün hallarda istehsalın dayanması müvəqqəti haldır. Bu bizim zavodun tarixində 2000-ci ildən bəri dəfələrlə olub. Hətta elə il olub ki, il ərzində 2-3 dəfə istehsal dayanıb. Amma sonradan istehsal bərpa edilib. Məhz buna görə də, biz bu məsələyə fəlakət kimi baxmırıq. Dəqiq vaxt deyə bilməsəm də, 20 günə, bir aya istehsal bərpa oluna bilər”.

 

Şirkətdən o da bildirilib ki, istehsalın dayandırılması ilə əlaqədar polad əridilməsi sahəsinin işçiləri məzuniyyətə göndərilib. Şirkət nümayəndəsi əlavə edib ki, istənilən halda zavodda ixtisar olmayacaq: “Bizdə ixtisar gözlənilmir. Zavodda istehsalın həcmi 250 min tondan 1 milyon tondan da çox artıb. Müəssisəmizdə istehsal olunan məhsulların da çeşidi artıb. Əgər əvvəl bizim zavod ölkə miqyasında armatur istehsalçısı kimi tanınırdısa, indi zavodumuzda şveller, künclük, ikitavr, pəstah və digər məhsullar istehsal edilir. İstehsal olunan məhsulların çeşidi və istehsal artığından ixtisardan söhbət gedə bilməz. Əksinə zavoda yeni işçilər cəlb oluna bilər”.   

 

Qeyd edək ki, 2014-cü ildə “Baku Steel  Company”nin istehsal gücü ildə 770 min tondan 1,1 mln. tona qədər artırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR