Bank Of Baku

“Əsrin müqaviləsi”nin 20 illiyi münasibətilə gənc alimlər üçün müsabiqə keçirilir

“Əsrin müqaviləsi”nin 20 illiyi münasibətilə gənc alimlər üçün müsabiqə keçirilir
# 09 sentyabr 2014 07:47 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Əsrin müqaviləsi” böyük neft sazişinin imzalanmasının 20-ci ildönümü münasibətilə neft-qaz və neft-kimya sahəsində fundamental və tətbiqi tədqiqatlarda aktiv iştirak edən gənc alimlərin fəaliyyətini stimullaşdırmaq vә onlara әlavә yaradıcılıq imkanları yaratmaq məqsədilə müsabiqə elan olunur. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müsabiqədə akademiyanın elmi müəssisələri tərəfindən irəli sürülən, yaşı 35-dək olan gənc alimlər iştirak edə bilərlər.

 

Müsabiqədə iştirak edəcək gənc alimlər başa çatdırdıqları elmi tədqiqatlar, əldə etdikləri mühüm elmi nailiyyətlər və onların elmi-praktiki əhəmiyyəti haqqında dolğun məlumatı müəyyən edilmiş formaya uyğun olaraq elektron variantı ilə birlikdə sentyabrın 15-dək AMEA Rəyasət Heyəti Mərkəzi aparatının Elmi-təşkilat idarəsinə təqdim etməlidirlər.

 

Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR