Bank Of Baku

“LUKoil” BTC ilə neftin sınaq nəqlini həyata keçirib

“LUKoil” BTC ilə neftin sınaq nəqlini həyata keçirib
# 24 may 2014 07:33 (UTC +04:00)

Bakı – APA-Economics. “LUKoil” Bakı-Tiflis-Ceyhan kəməri ilə Xəzər neftinin sınaq nəqlini həyata keçirib. “APA-Economics”in məlumatına görə, bu barədə jurnalistlərə şirkətin prezidenti Vaqif Ələkbərov deyib.

 

Onun sözlərinə görə, sınaq nəqlin həcmi 30 min tona yaxındır.

 

V. Ələkbərov bildirib ki, bu istiqamət üzrə nəqlin artırılması nəzərdə tutulmayıb: “Bu, sınaq partiyasıdır və bundan sonra biz təhlil aparacağıq. 2015-ci ildə neft kəmərlərinin inşasını başa çatdıracağıq. 2016-cı ildə bütün sistem tam şəkildə işləyəcək. Əlbəttə ki, boru kəməri hazırda malik olduğumuz tanker daşımalarından daha səmərəli olacaq”, - deyə o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR