Bank Of Baku

“Mingəçevir” elektrik şəbəkəsində təmir işləri aparılıb

“Mingəçevir” elektrik şəbəkəsində təmir işləri aparılıb
# 21 may 2014 15:42 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Mingəçevir” elektrik şəbəkəsində son üç ay ərzində 10, 6 və 0,4 kV-lik paylayıcı şəbəkələrdə bir sıra yenidənqurma işləri həyata keçirilib.

 

“Azərenerji” ASC-dən “APA –Economics”ə verilən məlumata görə, istehlakçıların daha da dayanıqlı və keyfiyyətli elektrik enerji təminatının təmin edilməsi məqsədilə şəbəkə üzrə kabellərin dəyişdirilməsi, dayaqların yeniləri ilə əvəz edilməsi, yeni tikilmiş fərdi yaşayış evlərində şəbəkə yaradılması üçün yeni SİP kabelinin çəkilişi işləri və digər tədbirlər həyata keçirilib.

 

Elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində də xeyli işlər görülüb və bu istiqamətdə tədbirlər davam etdirilir. Təkcə bu ilin aprel ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 7 istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilib. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 45,8 min kilovat/saatdan artıq itirilmiş elektrik enerjisinin 2,7 min manatdan çox istehlak dəyəri bərpa edilib. Cari ilin 4 ayı ərzində isə müəssisə üzrə 8 qayda pozuntusu faktı aşkar edilərək 46,7 min kilovat/saata yaxın itirilmiş elektrik enerjisinin 2,8 min manatdan artıq istehlak dəyəri bərpa edilib.

 

Həyata keçirilən işlər müəssisənin digər texniki-iqtisadi göstəricilərinə də müsbət təsir göstərir. 2014-cü ilin aprel ayında müəssisə üzrə 10,5 mln. kilovat/saatdan artıq elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 233 min kilovat/saata yaxın çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq bir faizə yaxın artıb. O cümlədən, daimi əhali qrupu üzrə bu göstəricilər müvafiq olaraq 3,3 mln. kilovat/saatdan artıq və 209 min kilovat/saata yaxın olub. Ödənişdə mütləq artım isə 7 faizə yaxındır.

 

Yeri gəlmişkən, cari ilin ötən 4 ayı ərzində isə müəssisənin xidməti ərazisində 52,7 mln. kilovat/saatdan artıq elektrik enerjisi istehlak edilib. Nəticədə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehlak 1,8 mln. kilovat/saatdan çox artıb, ödənişdə mütləq artım isə 2 faizə yaxındır. O cümlədən, daimi əhali qrupunda isə istehlak ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 mln. kilovat/saata yaxın artaraq 19,3 mln. kilovat/saatdan çox, ödənişdə mütləq artım isə 7 faizə yaxın olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR