Bank Of Baku

“Moody”s” SOCAR-ın reytinqini aşağı salıb

“Moody”s” SOCAR-ın reytinqini aşağı salıb
# 24 avqust 2017 12:31 (UTC +04:00)

“Moody”s” beynəlxalq reytinq agentliyi bu gün SOCAR-ın reytinqini “Ba1” səviyyəsindən “Ba2” səviyyəsinə endirib.

 

APA-Economics” reytinq agentliyinin yaydığı məlumata istinadən bildirir ki, reytinq üzrə proqnoz stabildir.

 

“Bizim SOCAR-ın reytinqini aşağı salmağımız ölkənin suveren reytinqinin bir müddət əvvəl aşağı salınması ilə əlaqədardır. Bundan başqa, artan borclanma və kapital xərcləmələrinin yüksəlməsi fonunda şirkətin kredit profilinin zəifləməsi reytinqin aşağı salınmasına gətirib çıxarıb. Buna baxmayaraq, SOCAR-ın dövlət qurumu statusuna malik olması, o cümlədən Azərbaycan üçün strateji əhəmiyyəti ona daim dövlət dəstəyinin göstərilməsi zərurətini yaradır. Bu dəstək də SOCAR-ın reytinqinə müsbət təsir etməkdə davam edir”, - deyə agentliyin Şirkətin baş kredit rəsmisi Denis Perevezentsev bildirib.

 

Bildirilir ki, reytinqin aşağı salınması hasilatın uzun müddət stabil saxlanılması ilə bağlı mümkün çətinlikləri, şirkətin artan ticarət əməliyyatlarını, o cümlədən SOCAR-ın neft qiymətləri və yerli valyutanın məzənnəsinə qarşı həssaslığını əks etdirir: “Ölkədə milli valyutanın xarici valyutalara qarışı məzənnəsi növbəti 1-1,6 il ərzində volatil ola bilər. Azərbaycanın fiskal və iqtisadi qüdrətinin uzun müddətdir əhəmiyyətli dərəcədə zəifləməsinə baxmayaraq, reytinq agentliyi olaraq düşünürük ki, hökumətin SOCAR-a müstəsna maliyyə dəstəyi göstərməsi istəyi və imkanı dəyişilməz qalır. Azərbaycan tənzimlənmiş qiymətlərə düzəliş etməklə, birbaşa kapital inyeksiyaları, o cümlədən əsas investisiya layihələrinin maliyyələşdirilməsi və maliyyə Nazirliyi tərəfindən kreditlərin təmin edilməsi ilə daim SOCAR-a dəstək göstərir”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR