Bank Of Baku

“Petkim” konteyner limanının fəaliyyətə başlayacağı tarixi açıqlayıb

“Petkim” konteyner limanının fəaliyyətə başlayacağı tarixi açıqlayıb
# 03 sentyabr 2014 09:59 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Türkiyədə sahib olduğu və Türkiyənin neft-kimya sənayesində yeganə xammal istehsalçısı olan “Petkim”in limanı 2015-ci ilin sentyabr ayında işə başlayacaq.

 

APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu “Petkim”in İdarə Heyətinin sədri Kənan Yavuz bildirib.

 

Onun sözlərinə görə, konteyner limanının ilk mərhələsi 2015-ci ilin sentyabr ayında fəaliyyətə başlayacaq.

 

“İkinci mərhələsi isə 2016-cı ilin noyabr ayında işə düşəcək”, - deyə o qeyd edib.

 

“Petkim”in baş direktoru Sadəddin Korkut isə deyib ki, şirkətin 2014-cü il üçün planlaşdırılan sərmayənin büdcəsi 115 mln. dollar təşkil edir.

 

2008-ci ildən 2014-cü ilə qədər şirkətə qoyulan sərmayənin həcmi 500 mln. dollara çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR