Bank Of Baku

“Petkim” STAR Neft emalı zavodunun səhmlərini əldə etmək istəyir

“Petkim” STAR Neft emalı zavodunun səhmlərini əldə etmək istəyir
# 13 dekabr 2016 11:03 (UTC +04:00)

“Petkim Petrokimya Holding AŞ” (“Petkim”) SOCAR-ın Türkiyədəki aktivi olan “SOCAR Turkey Enerji A.S”-i ilə STAR neft emalı zavodunda pay alınması ilə bağlı danışıqları davam etdirir.

 

APA-Economics”in məlumatına görə, şirkətin Kamuyu Aydınlatma Platformuna (KAP) verdiyi açıqlamada deyilir ki, “Petkim” “SOCAR Turkey Enerji”dən “Rafineri Holding”in 12-14% payı əldə etmək istəyir. Danışıqlar müsbət nəticələnsə, “Petkim” STAR neft emalı zavodunun 7-9% səhminə sahib olacaq.

 

Qeyd edək ki, hazırda STAR neft emalı zavodunun 60%-i “Rafineri Holding A.S” məxsusdur. Bu şirkət isə  100% “SOCAR Turkey Enerji A.S”-ə məxsusdur. STAR neft emalı zavodunun 40% səhmi isə SOCAR-a məxsusdur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR