Bakı. Musa Əhmədov – APA-Economics. SOCAR-ın Türkiyədəki törəmə müəssisəsi "Petkim Petrokimya Holding A. Ş."nin rəhbərliyi yenidən formalaşdırılacaq.
“Petkim”dən "APA-Economics”ə verilən məlumata görə, şirkətin İdarə Heyətinin bu gün keçirilən iclasında sentyabrın 6-da növbədənkənar ümumi yığıncağın keçirilməsi barədə qərar qəbul olunub.
Ümumi yığıncağın gündəliyinə İdarə Heyətinin üzvlüyünə seçilmiş şəxslərin təsdiqi, eləcə də bəzi şəxslərin İdarə Heyəti üzvlüyündən çıxarılması və onların yerinə təyinat aparılması məsələsi daxildir.