SOCAR-ın Türkiyədəki ən iri aktivlərindən biri olan "Petkim Petrokimya Holding A.Ş."nin ("Petkim") rəhbərliyində dəyişiklik baş verib.
Bu barədə “APA-Economics” şirkətin yaydığı məlumata istinadən xəbər verir.
Məlumatda qeyd olunub ki, “Petkim”in Tədarük Zənciri üzrə baş direktor müavini Oğuzhan İpək iyulun 2-də öz ərizəsi ilə işdən çıxıb. Bununla da şirkətin top-menecmentində təmsil olunanların sayı 9-a enib.