Bank Of Baku

“Petkim Holding” “Star” neft emalı zavodu ilə 20 illik müqavilə imzalayıb

“Petkim Holding” “Star” neft emalı zavodu ilə 20 illik müqavilə imzalayıb
# 27 may 2014 14:03 (UTC +04:00)

APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müqaviləyə görə, “Petkim” 20 il müddətində “Star” NEZ-dən neft məhsullarının xam malını və nafta məhsulunu alacaq.

 

Müqaviləyə əsasən, “Petkim” 20 il müddətində “Star”da illik istehsal olunan 270 min ton qarışıq ksilol və 1,6 mln. tonn nafta məhsullarını satın alacaq. Bununla da “Petkim Holding”in xam məhsulunun alışı üçün xərcləri hər tona görə 30 ABŞ dolları azalacaq.

 

Qeyd edək ki, “Petkim Holding”in tərkibində olacaq “Star” neft emalı zavodunun illik emal gücü 10 mln. ton neft, ümumi dəyəri isə 5,3 mlrd. dolları təşkil edəcək. Zavodun tikintisinə 2011-ci ilin oktyabrında başlanılıb və onun dəyəri 5,7 mlrd. dollar təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR