Bank Of Baku

“Petlim Limançılıq” şirkəti “Goldman Sachs”a satılır

“Petlim Limançılıq” şirkəti “Goldman Sachs”a satılır
# 22 iyul 2014 12:47 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Petkim”in şirkətinin “Petlim Limançılıq” şirkətinə dünyanın ən böyük sərmayə banklarından biri olan “Goldman Sachs” ortaq olur.

 

APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İzmir vilayəti Əliağa bölgəsində əldə edilən ilkin razılaşmaya əsasən “Petlim”in səhmlərinin 30%-nin 250 mln. dollara “Goldman Sachs”a satılması planlaşdırılır.

 

Bundan başqa, müqavilədə “Goldman Sachs”ın ziyana uğramaması üçün alacağı payı “SOCAR Türkiyə” şirkətinə satmaq hüququ olacaq.

 

“SOCAR Türkiye”nin rəhbəri Kənan Yavuz bildirib ki, “Goldman Sachs” ilə bağlanan ilkin müqavilə ilə dünyanın ən böyük sərmayədarını İzmirə gətirilib. Bundan başqa, 7 il müddətində “Petlim”in səhmlərinin ilkin kütləvi satışı (İPO) və “Goldman Sachs International”a aid olacaq səhmlərin İPO-su üçün “Goldman Sachs International”a səlahiyyət verilib.

 

Qeyd edək ki, Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev başda olmaqla, Azərbaycandan bir qrup nümayəndə heyəti Türkiyənin İzmir vilayətində, Əliağa bölgəsində səfərdə olub. Səfər çərçivəsində onlar ARDNŞ-ın idarəçiliyində olan “Petkim” neft-kimya şirkətinin müəssisələrinə baş çəkib, görülən işlərlə tanış olublar. Nazirə və şirkət prezidentinə “Petkim”in fəaliyyəti, istehsalat göstəriciləri və son illərdə əldə etdiyi nailiyyətlər haqqında ətraflı məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR