Bank Of Baku

“Qazıməmməd-Qazax” magistral qaz kəmərində yenidənqurma işləri aparılır

“Qazıməmməd-Qazax” magistral qaz kəmərində yenidənqurma işləri aparılır
# 12 avqust 2014 15:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) “Qazıməmməd-Qazax” magistral qaz kəmərində yenidənqurma işləri aparır.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, ilkin mərhələdə kəmərin 114-138 kilometrlik hissəsində, Göyçay rayonu ərazisində işlər artıq başa çatmaq üzrədir. Hazırda magistral kəmərin Göyçay, Ağdaş və Yevlax rayonları ərazisindən keçən 138-148 və 170-210 kilometrlik hissələrində yenidənqurma işləri aparılır. Layihənin icrasında əsas məqsəd magistral qaz kəməri vasitəsi ilə Şirvan düzünün yamaclarından başlayaraq Böyük Qafqaz sıra dağlarının cənub yamaclarına qədər ərazilərə - Hacıqabul, Kürdəmir, Ağsu, Göyçay, Ağdaş və Yevlax rayonlarına təbii qazın itkisiz və fasiləsiz ötürülməsini təmin etməkdir. Boru kəmərinin ümumi uzunluğu 210 kilometrdir. Tikinti-quraşdırma işlərinin 4 il ərzində tam başa çatdırılması nəzərdə tutulur.

İşlər “Neftqaztikinti” Trestinin 2 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən həyata keçirilir. Boruların qaynaq prosesində Trestin balansında olan müasir tipli avtomat və yarımavtomat qaynaq aparatlarından istifadə edilir. Qaynaq işlərində yeni texnologiyaların tətbiqi neft-qaz xətlərinin tikintisi zamanı keyfiyyətli qaynaq işlərinin aparılmasına, qaynaq birləşmələrinin mexaniki xassələrinin stabil və keyfiyyətli olmasına zəmin yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR