Bank Of Baku

“S&P”: Yaxın 2 ildə Azərbaycanda enerji tarifləri dəyişməyəcək

“S&P”: Yaxın 2 ildə Azərbaycanda enerji tarifləri dəyişməyəcək
# 16 fevral 2018 07:34 (UTC +04:00)

“2018-2019-cu illərdə Azərbaycanda elektrik enerjisi tarifləri dəyişməyəcək”.

 

APA-Economics” xəbər verir ki, bu barədə “Standard&Poors” beynəlxalq reytinq agentliyi “Azərenerji” ASC-nin reytinqi ilə bağlı yaydığı məlumatda qeyd olunub.

 

Bildirilir ki, qaz və mazut qiymətlərinin artımını kompensasiya etmək üçün 2016-cı ilin dekabrında Tarif Şurasının qərarı ilə “Azərenerji”nin tarifləri 33% artıb. “Bələ bir addımın iqtisadi və sosial nəticələrini nəzərə alaraq yaxın iki ildə tariflərin dəyişməyəcəyini düşünürük,” – deyə məlumatda bildirilir.  

 

Agentliyin mütəxəssisləri qeyd edir ki, “Azərenerji”nin əməliyyat fəaliyyəti mənfəətlə nəticələnəcək. Buna baxmayaraq, dövlət tərəfindən əsaslı kapital xərcləri maliyyələşdirilməsə, 2018-ci ildən şirkətə pul axını zəifləyəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR