Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Şahdəniz-1” layihəsi üzrə Cənubi Qafqaz boru kəməri (CQBK) ilə indiyə qədər Gürcüstana 5,5 mlrd. kubmetr, Türkiyəyə 41 mlrd. kubmetr təbii qaz verilib.
“APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda Enerji İqtisadiyyatları Beynəlxalq Assosiasiyasının (İAEE) “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda keçirilən I Avrasiya konfransında SOCAR-ın birini vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.
X. Yusifzadə əlavə edib ki, hazırda bu boru kəməri ilə hər gün orta hesabla Gürcüstana 1,6 mln. kubmetr, Türkiyəyə isə 16,8 mln. kubmetr təbii qaz nəql edilir.