Bank Of Baku

“Səngəçal” terminalından gündəlik 26 mln. kubmetr “Şahdəniz” qazı ixrac edilib

“Səngəçal” terminalından gündəlik 26 mln. kubmetr “Şahdəniz” qazı ixrac edilib
# 15 avqust 2014 08:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə “Səngəçal” terminalına göndərilməsi davam edib.

 

AÇG-nin operatoru “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və “Şahdəniz” qazı üçün təqribən 970 mln. standart kubfut və ya 27,4 mln. standart kubmetrdir, ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 41,5 mln. standart kubmetr təşkil edir.

 

Qaz terminaldan əsasən “Cənubi Qafqaz Boru Kəməri” (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz” İstehsalat Birliyinin qazpaylama sistemi ilə birləşdirən Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus qaz kəməri ilə ixrac olunur.

 

Bu ilin birinci yarısı ərzində terminal 152 mln. barel neft (o cümlədən 133 mln. barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 15,4 mln. barel “Qərb İxrac Boru Kəməri” marşrutu (QİBK), 2,6 mln. barel dəmir yolu vasitəsilə və 0,9 mln. barel kondensat ixrac kəməri vasitəsilə) ixrac edib.

 

Bu ilin birinci yarısı ərzində terminal həmçinin gündəlik orta hesabla 26 mln. standart kubmetr “Şahdəniz” qazı ixrac edib.

 

Qeyd edək ki, AÇG-də BP (operator – 35,8%), ARDNŞ (11,6%), “Chevron” (11,3%), “İnpex” (11%), “Statoil” (8,6%), “ExxonMobile” (8%), TPAO (6,8%), “İtochu” (4,3%), “ONGC Videsh Limited” (OVL) (2,7%) iştirak payları təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR