Bank Of Baku

“SOCAR Turkey Enerji” 2015-ci ilə qədər Türkiyədəki layihələrinə 5 mlrd. dollar yatıracaq - VİDEO

“SOCAR Turkey Enerji” 2015-ci ilə qədər Türkiyədəki layihələrinə 5 mlrd. dollar yatıracaq - <span style="color: red;">VİDEO
# 03 iyun 2014 13:13 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bu barədə “SOCAR Turkey Enerji” şirkətinin rəhbəri Kənan Yavuz bildirib.

 

Onun sözlərinə görə, “SOCAR Turkey Enerji” artıq Türkiyənin ən böyük investoruna çevrilib: “Bu günə qədər şirkət Türkiyədəki layihələrinə 3,5 mlrd. dollar investisiya qoyub. Bu ilin sonuna qədər isə daha 1 mlrd. dollar investisiya yatırılacaq. Yatırımlarımız neft-kimya, logistika, enerji, daşıma, “TransAnadolu” təbii qaz kəməri layihəsinin, Petlim limanının və külək dəyirmanının tikintisinin əhatə edir. Gələcəkdə isə investisiya portfeli 20 mlrd. dollara çatdırılacaq”.

 

K. Yavuz xatırladıb ki, keçən həftə “Star” neft emalı zavodunun tikintisində çox böyük uğur əldə olunub: “Bu, Avropa və Türkiyənin ən böyük layihəsidir. Biz bu günlərdə 18 il müddətinə 3,5 mlrd. dollarlıq layihənin maliyyələşdirilməsi müqaviləsi imzaladıq. Yaponiya, ABŞ, Koreya, İspaniya və İtaliyadan olan 23 beynəlxalq bankı bu müqaviləyə cəlb etdik. İnşallah, 46 ay sonra, yəni 2017-ci sonunda “Star” neft emalı zavodu fəaliyyətə başlayacaq”.

 

K. Yavuz deyib ki, bu zavod istifadəyə verildikdən sonra Türkiyənin ən böyük sənaye şirkəti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR