SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan “SOCAR Turkiye Enerji” layihə müqavilələri və onlarla əlaqədar risklərin idarə olunması məqsədilə Kanadanın “Coreworx” korporasiyasının məhsulundan istifadə edəcək.
“APA-Economics”in “İnterfax”a istinadən verdiyi məlumata görə, bu barədə “Coreworx”un məlumatında deyilir.
Məlumatda qeyd edilir ki, “SOCAR Turkiye Enerji” layihə müqavilələri və planlaşdırılma mərhələsindən başlayaraq layihənin sonuna qədər onlarla əlaqədar risklərin idarə olunması məqsədilə “Coreworx Contract Management” şirkəti ilə çərçivə sazişi imzalayıb.
“SOCAR ilə birgə fəaliyyəti səbirsizliklə gözləyirik və onun kommersiya uğuruna köməklik etməyə hazırıq. Bizim qərar sayəsində şirkət öz layihələrinə daha artıq nəzarət edəcək, həmçinin risklərin qiymətləndirilməsi və idarəolunmasını mühüm dərəcədə yaxşılaşdıracaq”, - deyə korporasiyanın baş direktoru Con Gillberri bildirib.