Bank Of Baku

“Statoil-Azərbaycan” şirkətinin prezidenti Bakı Ali Neft Məktəbində olub

“Statoil-Azərbaycan” şirkətinin  prezidenti Bakı Ali Neft Məktəbində olub
# 16 noyabr 2012 07:47 (UTC +04:00)

 

 

Bakı – APA-Economics. Bu gün Bakı Ali Neft Məktəbinin (BAM) rektoru Elmar Qasımov “Statoil-Azərbaycan” şirkətinin prezidenti Lars Troen Sorenseni və şirkətin sağlamlıq, təhlükəsizlik, ətraf mühit və korporativ sosial məsuliyyət sektorunun rəhbəri Şahpur  Sotudehmaneşi qəbul edib.

 

BANM-in mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qonaqlara Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) son illər keçdiyi inkişaf yolundan danışan E.Qasımov şirkətin Azərbaycanda və ölkədən kənarda həyata keçirdiyi layihələr barədə ətraflı söz açıb. O, BANM-in yaradılmasında əsas məqsədlərdən birinin ARDNŞ-ın layihələrində fəaliyyət göstərəcək yüksək səviyyəli mütəxəssislərin hazırlanması olduğunu qeyd edib.

 

BANM haqqında qonaqlara məlumat verən E.Qasımov bildirib ki, ən müasir standartlara uyğun tədris prosesinin qurulacağı ali məktəb ilə Böyük Britaniyanın Heriot Uatt Universiteti arasında sıx tərəfdaşlıq münasibətləri qurulub ki, bunun nəticəsi olaraq BANM məzunlarına iki diplomun verilməsi nəzərdə tutulub. BANM-a ən yüksək göstəricilərə malik tələbələrin qəbul olunduğunu deyən rektor hazırda yüksək səviyyədə təchiz olunmuş binada fəaliyyət göstərən BANM üçün yaxın gələcəkdə ən müasir tələblərə cavab verən kampusun salınacağını söyləyib.

 

“Statoil-Azərbaycan” şirkətinin prezidenti Lars Troen Sorensen bildirib ki, Azərbaycanda dünya standartlarına cavab verən belə bir ali təhsil müəssisəsinin yaradılması və qısa vaxt ərzində yüksək nailiyyətlər əldə etməsi təqdirəlayiq haldır. O, gələcəkdə Azərbaycanda böyük layihələr həyata keçirməyi planlaşdıran “Statoil-Azərbaycan” şirkəti ilə BANM arasında müxtəlif sahələrdə əməkdaşlığın önəmli olduğunu qeyd edib.

 

Görüş çərçivəsində “Statoil-Azərbaycan” şirkəti və BANM arasında Norveçin məşhur Stavanger və NTNU (Norwegian University of Science and Technology) universitetləri ilə  BANM arasında əməkdaşlığın qurulması, “Statoil” şirkətinin Azərbaycanda fəaliyyət göstərən və xaricdən gələn müxtəlif mütəxəssislərinin BANM tələbələri qarşısında məruzələrlə çıxış etməsi və bir sıra digər məsələlər haqqında razılıq əldə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR