Bank Of Baku

«Azəriqaz» əhaliyə verilən qazın həcmini artırıb

«Azəriqaz» əhaliyə verilən qazın həcmini artırıb
# 31 mart 2014 07:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ölkədə havaların kəskin soyuması ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyi təbii qazın əhali və qeyri əhali sektoruna verilən həcmini artırıb. Bu barədə «APA-Economics»ə qurumun mətbuat xidmətinin rəhbəri Araz Ağayev bildirib.

 

Onun sözlərinə görə, martın 29-dan 30-na keçən gün ərzində verilən təbii qazın sərfiyyat həcmi 4 mln. kubmetr artırılıb: «Belə ki, martın 29-da bu rəqəm 16,9 mln. kubmetr idisə, martın 30-da havaların kəskin soyuması ilə əlaqədar bu rəqəm 20,9 mln. kubmetrə çatdırılıb».

 

A.Ağayev deyib ki, əhalinin təbii qazla təchizatında heç bir problem yaranmayıb: «Havalar bundan sonra da soyuyacaqsa, tələbata uyğun olaraq əhaliyə verilən təbii qazın sərfiyyatını daha da artıra bilərik. Havaların istiləşəcəyi halda, əhalinin təbii qazla təminatı müvafiq tələbata uyğun olaraq tənzimlənəcək».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR