Bakı. Pərviz Nuriyev - APA-Economics. Kompleks Qazma İşləri Tresti ''Pirallahı-dəniz'' yatağındakı 1140 nömrəli meydançadan 1138 nömrəli quyuda qazma işlərinə başlayıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, ''Abşeronneft'' NQÇİ-nin sifarişi ilə Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 900 metrdir.
Geoloqların hesablamalarına görə, quyudan sutkada 4 ton neft hasil olunacaq.