Bank Of Baku

«SOCAR Energy Ukraine»: Ukraynadakı vəziyyət «SOCAR» yanacaqdoldurma məntəqələrinin işinə təsir etməyib

«SOCAR Energy Ukraine»: Ukraynadakı vəziyyət «SOCAR» yanacaqdoldurma məntəqələrinin işinə təsir etməyib
# 04 mart 2014 09:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ukraynada davam edən qeyri-stabil siyasi vəziyyət Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) bu ölkədəki yanacaqdoldurma məntəqələrinin (SOCAR brendi) fəaliyyətinə təsir göstərməyib. Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Ukraynadakı törəmə qurumu olan «SOCAR Energy Ukraine» şirkətinin mətbuat xidmətinin rəhbəri Marina Ergemlidze bildirib.

 

Onun sözlərinə görə, şirkət normal şəraitdə fəaliyyətini davam etdirir: «Ukraynadakı bütün yanacaqdoldurma məntəqələrimiz (YDM) adi iş rejimində çalışır. Yanacağın çatdırılmasında heç bir gecikmə yoxdur. Həmçinin, ölkədəki vəziyyət yanacağın satış həcminə heç bir təsir göstərməyib».

 

«Hazırda Krımda qismən qeyri-stabil vəziyyət yaranıb. Orada «SOCAR» brendi altında fəaliyyət göstərən YDM-lərimiz yoxdur. Bizim YDM-lər olan şəhərlərdə şirkətin fəaliyyətinə təsir göstərəcək amillər müşahidə olunmur», - deyə M.Ergemlidze bildirib.

 

Qeyd edək ki, «SOCAR Energy Ukraine» şirkəti 2008-ci ildə təsis edilib və ARDNŞ-in Ukraynadakı törəmə qurumudur. Şirkət Ukraynada 17 yanacaqdoldurma məntəqəsinə sahibdir. «SOCAR Energy Ukraine» Litva, Polşa və Belarus zavodlarında istehsal olunan və «Euro-5» ekoloji standartına cavab verən yanacaq idxal edir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR