Bank Of Baku

"Abşeron" və "Babək" yataqlarında hasilat və kəşfiyyatın başlanacağı müddət açıqlanıb

"Abşeron" və "Babək" yataqlarında hasilat və kəşfiyyatın başlanacağı müddət açıqlanıb
# 01 iyun 2017 10:44 (UTC +04:00)

"SOCAR xarici tərəfdaşları ilə birgə yeni yataq və sahələrdə işləri davam etdirir". "APA-Economics" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən 24-cü Beynəlxalq Xəzər Neft-Qaz ("Caspian Oil & Gas") konfransında SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.


Onun sözlərinə görə, karbohidrogen ehtiyatları 350 mlrd. kubmetr qaz, 45 mlrd. kubmetr qaz həcmində qiymətləndirilən "Abşeron" yatağının işlənməsi layihəsi üzrə İnkişaf Proqramının bu ilin sonuna qədər yekunlaşdırılması qərara alınıb: "Qazma işlərinin bu il, ilkin qaz hasilatı isə 2019-cu ilin sonunda başlanılması nəzərdə tutulur".


X.Yusifzadə deyib ki, "Ümid" yatağının karbohidrogen ehtiyatları 200 mlrd. kubmetr qaz, 40 mln. ton kondensat həcmində qiymətləndirilir: "Hazırda yataqdakı kəşfiyyat və hasilat quyularından gündəlik 1 mln. tondan artıq qaz və 200 tona yaxın kondensat hasil olunur. Geoloji tədqiqatlar bu yatağın "Babək" strukturuna bağlı olduğunu göstərib. Bu yataq və strukturun birgə işlənilməsi üzrə təkliflər hazırlanıb və risk xidmət sazişi imzalanıb".
 

Vitse-prezident əlavə edib ki, 2018-ci ildə "Babək" strukturunda kəşfiyyat işlərinin başlanmasına hazırlıq görülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR