İyulun 20-də Qazaxıstanın paytaxtı Astanada sifarişçisi bu ölkənin Yol Komitəsi, maliyyə dəstəkçisi Beynəlxalq Yenidənqurma və İnkişafı Bankı (AYİB) olan Kurtı-Burilbaytal yolunun iki lotunun inşası üzrə tender keçirilib.
"APA-Economics" xəbər verir ki, tenderdə Qazaxıstan, Azərbaycan, Ukrayna, Türkiyə və Çindən olan 9 yerli və xarici şirkət iştirak edib. Azərbaycanı təmsil edən "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC ümumi dəyəri 70 mln. dollar olan hər iki lotunun tikintisi üzrə tenderin qalibi elan edilib.
Hazırda 11 ölkədə nümayəndəliyi mövcud olan "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC 4 ölkədə aktiv fəaliyyəti ilə seçilir.