Bank Of Baku

"Anglo Asian Mining" ötən rüb qızıl satışından 10 mln. dollardan çox gəlir əldə edib

"Anglo Asian Mining" ötən rüb qızıl satışından 10 mln. dollardan çox gəlir əldə edib
# 24 aprel 2017 07:53 (UTC +04:00)

"Anglo Asian Mining" əməliyyat şirkəti 2017-ci ilin I rübündə Gədəbəy rayonunda yerləşən yataqlardan hasil edilən qızıl və gümüşün həcmi açıqlanıb.

 

"APA-Economics" şirkətin açıqladığı hesabata istinadən xəbər verir ki, 2016-cı ilin sonuncu rübü ilə müqayisədə bu ilin I rübündə Gədəbəy yataqlarından hasil edilən qızıl və gümüşün həcmi azalıb, mis istehsalı artıb.

 

Bildirilir ki, şirkət tərəfindən hesabat dövründə 11 078 unsiya qızıl hasil edilib. Bu, 2016-cı ilin IV rübü ilə müqayisədə 28,45% azdır. Belə ki, 2016-cı ilin IV rübündə şirkət tərəfindən hasil edilən qızıl həcmi 15483 unsiyaya bərabər olub.

 

Məlumata görə, hesabat dövründə 606 ton mis, 39 369 unsiya gümüş istehsal olunub. Başqa sözlə, 2016-cı ilin 3 ayı ilə müqayisədə bu ilin eyni dövründə gümüş istehsalı 21,6% azalıb, mis istehsalı isə 4,84% artıb.

 

Bildirilib ki, bu ilin I rübündə 8 283 unsiya qızıl satılıb ki, bunun da hər unsiyasının orta qiyməti 1 120 dollar təşkil edib. Başqa sözlə, şirkət qızıl satışından 10 105 260 ABŞ dolları gəlir əldə edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR