Bank Of Baku

"Anglo Asian Mining"in rəhbəri gələn il istehsalla bağlı proqnozlarını açıqlayıb

"Anglo Asian Mining"in rəhbəri gələn il istehsalla bağlı proqnozlarını açıqlayıb
# 23 noyabr 2015 08:16 (UTC +04:00)

Bakı - APA-Economics. “Azərbaycanda yeni qızıl zavodu fəaliyyətə başlayıb. Bu zavod fəaliyyətə başlayandan 25 gün sonra ölkədə gündəlik olaraq 20 ton mis istismar olunacaq”.

 

Bunu “APA-Economics”ə “Anglo Asian Mining PLC” şirkətinin rəhbəri Reza Vəziri bildirib.

 

“Bundan sonra Azərbaycan qızılla bərabər, mis də istehsal edəcək. Gədəbəy dünyanın ən ağır yataqlarından biridir. Biz əvvəllər hesab edirdik ki, Gədəbəyə yatağı qızıl yatağıdır. Ancaq indi məlum olub ki, bu yataq mis yatağıdır, orada qızılı çoxdur. Bu iki məhsulun bir yerdə olması, onları biri-birindən ayırmaq çox çətin prosesdir. Bu, dünyada birinci yataqdır ki, bir filizdə onu ayırmağa və bazara çıxarmaq üçün üç müxtəlif zavod lazımdır. Təbii ki, bu, artıq kapital tələb edir. Bu səbəbdən bu il qızıl istehsalını 74-75 tondan artıq qaldırmaq mümkün olmayacaq. Gələn il isə biz bu rəqəmi minimum 80 tona çatdıracağıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR