Bu barədə “APA-Economics”ə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.
“Bildiyiniz ki, bu yaxınlarda Aşqabadda Avropa İttifaqı, Azərbaycan, Türkiyə və Türkmənistan arasında dördtərəfli görüş baş tutdu. Bu görüşdə Avropa İttifaqını vitse-prezident Maroş Şevkoviç təmsil edirdi. Avropa İttifaqı maraqlıdır ki, Türkmənistan qazı avropalı istehlakçılara çatdırılsın. Bununla bağlı işçi qrupu da yaradılıb. Dünya Bankı ilə birgə Avropa İttifaqı Cənub Qaz Dəhlizi layihəsinin ekoloji qiymətləndirmələrini apardı. Birlikdə işləməyimiz yaxşı haldır, ancaq davam etmək üçün bizim aramızda razılaşma olmalıdır”, - deyə M. Mard qeyd edib.
Diplomat qeyd edib ki, Türkmənistanın Cənub Qaz Dəhlizi layihəsinə qoşulmaqla bağlı danışıqların nə zaman başa çatacağı ilə bağlı dəqiq məlumat yoxdur.
Bununla yanaşı, M. Mard deyib ki, Türkmənistanın Avropaya hansı həcmdə qaz nəql edəcəyi də məlum deyil.