Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi yanvar-oktyabr ayları üçün təbii qaz, qaz kondensatı və elektrik enerjisinin ixracı haqqında məlumatları açıqlayıb.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, bu ilin yanvar-oktyabr aylarında sayğac göstəriciləri əsasında Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 1 754 200,39 kubmetr qaz kondensatı ixrac edilib. Bu, 2014-cü ilin 10 ayı ilə müqayisədə 3,95% azdır.
Belə ki, ötən aylar ərzində Azərbaycandan xarici ölkələrə 6 760 111,22 kubmetr təbii qaz ixrac edilib ki, bu da ötən ilin on ayı ilə müqayisədə 2,66% azdır.
Yanvar-oktyabr aylarında 195 515,77 min kVt/s elektrik enerjisi ixrac edilib ki, bu da ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 34,69% azdır.