Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və iqtisadi əməliyyatlar İdarəsi bu ilin yanvar ayında Novorossiysk (Qara dəniz, Rusiya) limanından 84 739 ton xam neft ixrac edib. ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 42 dəfə çoxdur.
Ötən ay Supsa (Qara dəniz, Gürcüstan) limanından 322 996 ton xam neft ixrac edilib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 33,2% çoxdur.
Hesabat dövründə Ceyhan (Aralıq dənizi, Türkiyə) limanından 1 592 040 ton xam neft ixrac edilib ki, bu da keçən ilin yanvarına nisbətən 11,4% çoxdur.
ARDNŞ-in Marketinq və iqtisadi əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.