Bank Of Baku

Azərbaycanda magistral kəmərlərlə qazın nəqli 17% artıb

 Azərbaycanda magistral kəmərlərlə qazın nəqli 17% artıb
# 19 mart 2014 14:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 7,9 mln. ton neft nəql edilib.

 

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, nəqletmənin ¾ hissəsi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və iki ay ərzində bu kəmər vasitəsilə 5,6 mln. ton neft ötürülüb.

 

Dövr ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 938,4 min ton tranzit Türkmənistan nefti nəql edilib.

 

Hesabat dövründə magistral qaz kəmərləri ilə 4,3 mlrd. kubmetr və ya 16,8% çox qaz nəql edilib. Nəql edilmiş qazın 26,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 1,2 mlrd. kubmetr qaz ötürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR