Bank Of Baku

Azərbaycanın altı rayonunun qaz təchizatı məhdudlaşdırılır

 Azərbaycanın altı rayonunun qaz təchizatı məhdudlaşdırılır
# 13 iyun 2014 07:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

 

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qaz ölçü qovşaqlarında görülən işlərlə əlaqədar bu gün saat 14:00-dan 18:00-dək Qusar rayonunun bir hissəsinə, mövcud qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar saat 15:00-dək Bakının Xətai rayonunun bir hissəsinə, qaz nəqli sistemində siyirtmənin və sipərlərin dəyişdirilməsi ilə əlaqədar saat 17:00-dək Binəqədi, saat 18:00-dək Abşeron rayonlarının bir hissəsinə, təmir işləri ilə əlaqədar isə işlər başa çatanadək Sabunçu və Səbail rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR