Bakı - APA-Economics. Azərbaycan hökuməti 2009-2014-cü illər ərzində "Azərenerji" ASC-yə 910 mln. manat vəsait ayırıb.
"APA-Economics"in xəbərinə görə, bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda qeyd edilir.
Məlumatda qeyd edilir ki, qeyd olunan vəsait şirkətin investisiya proqramının qismən maliyyələşdirilməsinə yönəlib.
Agentlik hesab edir ki, 2015-ci ilin sonlarına yaxın şirkət 357 mln. manat və 2016-2018-ci illər ərzində 2,3 mlrd. manat əldə etməyi planlaşdırır. Bu vəsait şirkətin investisiya tələbatının 68%-ini ödəyir.