Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2014-cü ildə "Azərenerji" ASC-nin gəlirləri 11,8% və ya 87,453 mln. manat artaraq 830,705 mln. manat təşkil edib.
"APA-Economics" xəbər verir ki, bu barədə "Deloitte" audit şirkəti tərəfindən aparılan konsolidə edilmiş maliyyə hesabatında deyilir.
"Azərenerji" ötən il enerji satışından 777,216 mln. manat gəlir əldə edib ki, bu da 2013-cü ilin göstəricisindən 8,4% çoxdur.
2014-cü ildə şirkətin digər satışlardan əldə etdiyi gəlirlərin həcmi 2 dəfədən çox artaraq 53,489 mln. manat olub.