Bakı - APA-Economics. 2015-2018-ci illər ərzində "Azərenerji" ASC-nin əməliyyat gəlirləri 2011-2014-cü illərdəki 230 mln. manatdan 125 mln. manata enəcək.
"APA-Economics"in xəbərinə görə, bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin proqnozunda qeyd olunur.
Agentliyin analitikləri hesab edir ki, 2015-2018-ci illər ərzində "Azərenerji"nin sərbəst maliyyə axınının (investisiya layihələrinin maliyyələşdirilməsindən sonra şirkətin sahib olduğu maliyyə vəsaiti) həcmi mənfi səviyyədə qalacaq.
"İnvestisiya proqramının böyük bir hissəsi təxirə salına bilər və əlavə olaraq dövlət investisiyaları yatırıla bilər. 2014-cü ildə investisiya proqramında nəzərdə tutulan yatırımlar 175 mln. manatdan 119 mln. manatadək azaldılıb. Hesab edirik ki, şirkət yaxın perspektivdə dividendləri ödəməyəck", - deyə məlumatda qeyd olunur.