Bank Of Baku

"AzerGold"un nümayəndələri Türkiyədə mədənçilik sahəsini araşdırır

"AzerGold"un nümayəndələri Türkiyədə mədənçilik sahəsini araşdırır
# 23 oktyabr 2017 14:08 (UTC +04:00)

"AzerGold" QSC-nin nümayəndələri 16-22 oktyabr tarixlərində Türkiyədə səfərdə olublar.

 

QSC-nin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, "AzerGold" nümayəndələri 18-21 oktyabr tarixlərində İzmir şəhərində Türkiyə Dağ-mədən Mühəndislər Palatası tərəfindən təşkil edilən 6-cı Beynəlxalq Mədən Avadanlıqları və Texnologiyaları Konqresinə qatılıb, "Mədən, Təbii Sərvətlər və Texnologiyalar" sərgisində iştirak edərək, bu sahədə tətbiq edilən ən son yeniliklərlə tanış olublar.
 

Səfər çərçivəsində “AzerGold” QSC-nin əməkdaşları Kışlıdağ filiz emalı sahəsi və Berqama-KOZA mədəninə də baş çəkib, ümumi iş prosesləri ilə tanış olub, təcrübə mübadiləsi aparıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR