"Sumqayıt Kimya Sənaye Parkı" MMC tərəfindən Mingəçevir Sənaye Parkının 14,8 ha ərazisinə çəkiləcək qaz xəttinin, elektrik şəbəkəsinin, infrastruktur qurğu və xətlərinin (hasar və nəzarət məntəqələrinin, avtomobil yollarının, su anbarı, içməli su, texniki su, yanğına qarşı su, məişət tullantı suyu, yağış suyu və kimyəvi tullantı suyu xətlərinin) layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması ilə əlaqədar keçirilmiş təkliflər sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib.
"APA-Economics" təkliflər sorğusunun nəticələri haqqında Tender komissiyasının qərarına əsasən, "Azərinşaatlayihə" DBLKTİ qalib elan edilib.
Qalib təşkilatla müvafiq satınalma müqaviləsi imzalanıb.