Bank Of Baku

"Azəriqaz": "ASAN xidmət" mərkəzlərində 43 min abonentin müraciətləri həllini tapıb

"Azəriqaz": "ASAN xidmət" mərkəzlərində 43 min abonentin müraciətləri həllini tapıb
# 13 oktyabr 2015 13:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Bakı şəhərindəki 1, 2, 3, 4 və 5 saylı ASAN xidmət mərkəzlərinə “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsi, müraciətlərdən asılı olaraq “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların əldə olunması və bu məlumatlar əsasında abonentlərə xidmətlərin göstərilməsi ilə əlaqədar 42817 müraciət daxil olub.

 

SOCAR-dan "APA-Economics"ə verilən məlumat görə, müraciətlərin hamısı tam icra edilib.

 

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR