Bank Of Baku

"Azəriqaz" abonentlərinin sayını açıqlayıb

"Azəriqaz" abonentlərinin sayını açıqlayıb
# 13 dekabr 2017 12:14 (UTC +04:00)

2017-ci ilin yanvar-noyabr ayları ərzində SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 80 458 yeni abonent qeydiyyata alınıb.
 

"Azəriqaz" İstehsalat Birliyindən "APA-Economics"ə verilən məlumata görə, bunun 42336-sı Bakı, Abşeron və Sumqayıt, 38122-si isə regionlar üzrədir.

 

Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2085225-ə çatıb.


Onu da qeyd edək ki, 1 dekabr 2017-ci il tarixə olan məlumata görə qeyri-əhali sektoru üzrə 464 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR