Bank Of Baku

"Azəriqaz" bu il "ASAN xidmət" vasitəsilə 30 minə yaxın abunəçiyə xidmət göstərib

"Azəriqaz" bu il "ASAN xidmət" vasitəsilə 30 minə yaxın abunəçiyə xidmət göstərib
# 04 aprel 2017 13:09 (UTC +04:00)

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən yanvar-mart ayları ərzində Azərbaycan ərazisində fəaliyyət göstərən "ASAN xidmət" mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.


"Azəriqaz" İB-dan "APA-Economics"ə verilən məlumata görə, bu ilin yanvar-mart ayları ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı "ASAN Kommunal" mərkəzinə, eləcə də 1, 2, 3, 4, 5 saylı "ASAN xidmət" mərkəzlərinə, həmçinin, Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən "ASAN xidmət" mərkəzlərinə ümumilikdə 29442 müraciət daxil olmuş və bu müraciətlərin icrası tam təmin olunub.

 

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR