Bank Of Baku

"Azəriqaz" dörd rayonun qaz təchizatını məhdudlaşdırır

"Azəriqaz" dörd rayonun qaz təchizatını məhdudlaşdırır
# 19 fevral 2016 06:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakının Nəsimi, Yasamal, Nərimanov, həmçinin Quba  rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

 

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, istismar müddəti başa çatmış diametri 250 mm-lik siyirtmənin yenisi ilə əvəzlənməsi və yeni çəkilmiş diametri 76 mm-lik qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi məqsədilə fevralın 19-da saat 10:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunun 2, 3, 4-cü mikrorayonlarında, A. Qurbanov və H. Ələskərova küçələrində, Yasamal rayonunun Şərifzadə küçəsi, 1-ci və 2-ci Alatava qəsəbələrində, Nərimanov rayonunun Ağa Nemətulla, Y.V. Çəmənzəminli və Ə.Qayıbav küçələrinin eləcə də Quba rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR