Bank Of Baku

"Azəriqaz" iyun ayı üzrə yığımların səviyyəsini açıqlayıb

"Azəriqaz" iyun ayı üzrə yığımların səviyyəsini açıqlayıb
# 10 iyul 2015 12:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bu ilin iyun ayları üçün abunəçilərdən təbii qazın istehlakına görə yığım səviyyəsini açıqlayıb.

 

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu i ilin iyun ayı ərzində “Azəriqaz” əhali sektoru üzrə 5 127 yeni abonent qeydiyyata alınıb. Bunun da 1 624-ü Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 3 503-ü isə regionların payına düşüb.

 

Həmin dövrdə əhali sektoru üzrə 72 537 868 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 136,5% vəsait toplanıb. Qeyri-əhali sektoru üzrə isə 104 967 743 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 108,6% vəsait toplanıb.

 

Qeyd edək ki, bu ilin iyulun 1-ə olan məlumata görə, əhali sektoru üzrə 123 964 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub. Bundan əlavə, qeyri-əhali sektoru üzrə 324 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR