Bank Of Baku

"Azəriqaz" mayda "ASAN xidmət" mərkəzləri vasitəsilə 7400 müraciəti cavablandırıb

"Azəriqaz" mayda "ASAN xidmət" mərkəzləri vasitəsilə 7400 müraciəti cavablandırıb
# 07 iyun 2016 09:29 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Cari ilin may ayında Bakı şəhərindəki 1, 2, 3, 4 və 5 saylı, eləcə də Bərdə, Sabirabad rayonlarındakı və Gəncə şəhərindəki "ASAN xidmət" mərkəzlərinə ümumilikdə 7 367 müraciət daxil olub.


"Azəriqaz" İB-dən "APA-Economics"ə verilən məlumata görə, əsasən "smart" tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi, İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların alınması, həmçinin qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsi barədə edilmiş müraciətlərin hamısı həllini tapıb.

 

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə İB bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR